» » ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.

“Bu təfsilatlı qanun layihəsi Amerika maraqlarının əleyhinə fəaliyyət həyata keçirən Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutur. Biz hücuma məruz qalmışıq, bizə Rusiya Federasiyası hücum edib. Bu artıq müzakirə predmeti deyil”, – deyə Kardin qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar ABŞ və Ukraynaya qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.

Bundan başqa, qanun layihəsinin bir hissəsi Rusiyanın Ukrayna, Suriya, Gürcüstan və Krımla bağlı fəaliyyətini əhatə edir.

Qanun layihəsi hər iki partiyanın nümayəndələri – respublikaçı Con Makkeyn, demokratlar Kardin və Robert Menendes tərəfindən hazırlanıb.

Qeyd edək ki, Moskva Vaşinqtonun kiberhücumlarla bağlı ittihamlarını rədd edir.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA