» » İRANDA ATIŞMA - ÖLƏNLƏR VAR

İRANDA ATIŞMA - ÖLƏNLƏR VAR

  • İRANDA ATIŞMA - ÖLƏNLƏR VAR
    İranda atışma baş verib, 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Hurriyyet.org
    APA-ya xəbər verir ki, bunu İranın mərkəzi əyalətinin polis rəisi Kiyumərs Əzizi deyib.

    K. Əzizi bildirib ki, qanlı hadisə Ərak şəhərində baş verib: “Bu gün səhər polis mərkəzinə atışma ilə bağlı məlumat daxil oldu. Polislər hadisə yerinə göndərildi. Məlum oldu ki, iki silahlı şəxs Ərak şəhərində iki ayrı evə girərək içəridəki şəxslərə atəş açıblar. Hadisə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 4 nəfər yaralanıb”.

    Polisin təxirəsalınmaz tədbirləri nəticəsində hadisəni törədənlərdən birinin izi tapılıb və o, yaxalanıb. Həbs olunan şəxs əvvəl məhkumluq yaşayıb və həbsdən yeni çıxıb. O, qətli qardaşının köməyi ilə törədib.

    İlkin versiyaya görə, qətl qisas məqsədilə törədilib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA