» » İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO

İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO

İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO
"Bu gün aldığım elektrik bildirişinə əsasən, 94,37 AZN məbləğində işıq pulu ödəməliyəm. Məbləğin çoxluğundan şübhələnib sayğacı yoxladım. Məlum oldu ki, 387 kv əvəzinə 967 kv enerji sərfiyyatı yazılıb".
Bu barədə tanınmış şair, yazar Sayman Aruz sosial şəbəkədə sayğacının və bildirişin şəklini paylaşaraq bundan şoka düşdüyünü yazıb.
"Yəni göstərilən limitdən artıq pul ödətdirmək üçün 580 kv artıq enerjinin istifadəsi göstərilməlidir. Maraqlıdır ki, bildirişdə son göstərici 54924 kv olduğu halda sayğacdakı istifadə 54344 kv-dır. Limitdən artıq olan hissə 11 qəpikdən olduğu üçün 580 kv artıq yazaraq bir növ açıq aşkar əhalini aldadaraq oğurluq edirlər", - deyə, o bildirib.

Elektrik və təbii qazdan istifadəyə görə limit müəyyən ediləndən sonra bu sahədə problemlər də aktuallaşıb.
Abonentin "Azərişıq" ASC-nin Yasamal Rayon Şöbəsi əməkdaşlarından narazılığını və problemini qurumun mətbuat katibi Tanrıverdi Mustafayevə çatdırdıq.

Hurriyyet.org xəbər verir ki, Tanrıverdi Mustafayev publika.az-a abonentin məlumatlarını operativ araşdırdıqdan sonra problemin əməkdaşlarının sayğacın son göstəricisinin oxunmasında səhvə yol verməsindən qaynaqlandığını bildirdi: "Təkrar əməkdaşımız həmin abonentin mənzilinə gedərək sayğacın son göstəricisini dəqiqləşdirib, yeni bildiriş təqdim edərək öz səhvini düzəldib. Bu halla əlaqələr "Azərişıq" ASC sədri də məlumatlandırıldı. Və sədrimiz belə səhvlərə yol vermiş əməkdaşların ciddi cəzalandırılması, hətta işdən azad olunması göstərişini verdi.
Belə problemlərlə qarşılaşan abonentlərimizdən bir daha xahiş edirik ki, "Azərişıq" ASC-nin 199 saylı cağrı mərkəzi, Region və Rayon Enerji Təchizatı və Satışı İdarə və şöbələrinə müraciət etsinlər. Müraciətlər qısa zamanda araşdırılıb, həllini tapacaq".


İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO

İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA