» » “Saatlarla yerimizdən tərpənə bilmədik…” - Erməni əsgərlərindən "aprel döyüşü" haqda etiraf (VİDEO)

“Saatlarla yerimizdən tərpənə bilmədik…” - Erməni əsgərlərindən "aprel döyüşü" haqda etiraf (VİDEO)

“Saatlarla yerimizdən tərpənə bilmədik…” - Erməni əsgərlərindən "aprel döyüşü" haqda etiraf (VİDEO)
2016-cı ilin aprel ayında Ağdərə və Füzuli rayonları ərazisində baş verən döyüşlərdə Ermənistan Ordusunun itkiləri ilə bağlı faktlara söykənən video məlumat yayılıb.

Hurriyyet.org
-un “AzeriDefence”yə istinadən məlumatına görə, video görüntülər erməni mediası tərəfindən hazırlanıb və sosial şəbəkədə paylaşılıb.

Video materialda erməni hərbçilər aprel döyüşlərində itkilər haqda danışır, baş verənləri xronoloji ardıcıllıqla söyləyirlər.

Onlar bildirir ki, döyüşlərdə Azərbaycanın atəş zərbələri nəticəsində Ermənistan hərbi birləşmələri çoxlu sayda tələfat veriblər.

Videoda Ermənistan Ordusunun mayoru Edqar Martirosyan döyüşdə Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü deyən əsgər Narek Nikoğosyan postda yeganə sağ qaldığını bildirir. N. Nikoğosyan qeyd edir ki, atəş zərbələrindən saatlarla yerlərindən tərpənə bilməyiblər.

Videoda aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün döyüş yoldaşlarının həlak olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını deyir.

Həmçinin, video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri də qeyd olunub. Materialda qısa şəkildə ölən ermənilər haqda da məlumat verilir.

Qeyd edək ki, Ermənistan tərəfi aprel döyüşlərində həlak olmuş 163 hərbçinin adını açıqlamışdı. Lakin sonrakı müddətdə bu say xeyli artmışdır. Ümumilikdə aprel döyüşlərində ermənilərin 500-ə yaxın canlı qüvvə itki verdiyi ehtimal olunur.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin kurasiyasında olan “Ermənistan Milli Qvardiyası” təşkilatı dövlətin sifarişi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Ermənistanın itkilərini gizlətməyə yönələn geniş təbliğat işi aparmışdırlar.

Bu material isə həmin qurumun fəal üzvləri Arşak Zaxaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryanın yalanlarını üzə çıxartmaq üçün yaxşı vasitədir.


Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA