» » “Dolların yenidən bahalaşmasını müşahidə edəcəyik” - EKSPERT

“Dolların yenidən bahalaşmasını müşahidə edəcəyik” - EKSPERT

  • Loading...
    “Dolların yenidən bahalaşmasını müşahidə edəcəyik” - EKSPERT
    Mərkəzi Bank artıq 4 faizlik marjı ləğv edib və bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək.
    Bu barədə iqtisadçı Vüqar Bayramov Hurriyyet.org-a bildirib. Onun fikrincə, Mərkəzi Bankın bu qərarı onu göstərir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq: “Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Amma Mərkəzi Bank liberal məzənnəyə keçidi cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə, o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik".

    Şamo, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA