» » AZƏRBAYCAN BU GÜNDƏN TAM “ÜZƏN MƏZƏNNƏ”yə KEÇİR - Yeni qaydalar

AZƏRBAYCAN BU GÜNDƏN TAM “ÜZƏN MƏZƏNNƏ”yə KEÇİR - Yeni qaydalar

AZƏRBAYCAN BU GÜNDƏN TAM “ÜZƏN MƏZƏNNƏ”yə KEÇİR - Yeni qaydalar
Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək.
Hurriyyet.org
bildirir ki, “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bugünkü hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq.
Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə “ən yaxşı məzənnə təklifi verən bank” prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.
Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.
Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.
Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA