» » "Sən Yaşa, Azərbaycan" sədaları İranı titrətdi - VİDEO

"Sən Yaşa, Azərbaycan" sədaları İranı titrətdi - VİDEO

"Sən Yaşa, Azərbaycan" sədaları İranı titrətdi - VİDEO
Təbrizin "Traktur" futbol klubunun azarkeşləri maraqlı addım atıb.

Hurriyyet.org
baku.ws-ə istinadən xəbər verir ki, klub azarkeşləri "Sən yaşa Azərbaycan" mahnısını bir ağızdan səsləndirib. "Traktur" klubunun azarkeşləri tez-tez bu cür öz klublarına dəstəklərini nümayiş etdirir.

"Traktur"un azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Klub hər il ardıcıl olaraq ən çox tamaşaçısı olan komanda seçilir. "Traktorsazi" klubunun prezidentinin dediklərinə görə, 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub. Hazırda bu klub İranda yaşayan azərbaycanlıların kimlik mübarizəsinin simvollarından birinə çevrilib.

Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri azərbaycanlı olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə Tehranın "İstiqlal" və "Persepolis" futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktur"u alqışlayır.

İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktur"a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktur"un Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə, sayı 110-150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. "Traktur" İran milli futbol çempionatının yüksək liqasının 2010-2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60 min azarkeş toplaşır.


Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA