» » Müəllimlərə ödənişsiz dil təkmilləşdirmə təlimləri keçirilir

Müəllimlərə ödənişsiz dil təkmilləşdirmə təlimləri keçirilir

Müəllimlərə ödənişsiz dil təkmilləşdirmə təlimləri keçirilir

Ardınca isə metodologiya təlimlərinə başlanacaq

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimlərinə start verilib.

Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) Hurriyyet.org-a verilən məlumata görə, Dil Təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.

Hurriyyet.org-un “Təlimlər ödənişli əsaslarla aparılırmı” sualına BŞTİ-dən verilən cabada bildirilir ki, təlimlər ödənişsizdir: “Layihəyə cəlb olunmuş 54 pilot məktəbin xarici dil müəllimləri yanvarın 9-dan (09.01.2017) etibarən Bakı şəhəri üzrə 12 inzibati rayondakı təlim mərkəzlərində Beynəlxalq Aptis imtahanının naticələrinə uyğun olaraq müvafiq təlimlərdə iştirak edirlər.

Onlayn şəkildə həyata keçirilən beynəlxalq Aptis imtahanında müəllimlər İngilis dilində 4 bacarıq-yazı, oxu, dinləmə və danışıq qabiliyyətləri üzrə imtahan verib. Təlim qrupları yaradılarkən müəllimlərin Aptis imtahanında əldə etdikləri nəticələrə uyğun olaraq qruplaşdırılması əsas götürülüb.

Təlimləri layihədə digər əməkdaş qurum olan “British Council”un (Britaniya Şurası Təşkilatı) peşəkar təlimçiləri aparır. Dil təkmilləşdirmə təlimlərinin əsas məqsədi müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi istiqamətində bacarıqların təkmilləşdirilməsidir. Dil Təkmilləşdirmə təlimləri 120 akademik saatı əhatə edir və həftədə 2 dəfə olmaqla intensiv şəkildə həyata keçirilir”.
Müəllimlərə ödənişsiz dil təkmilləşdirmə təlimləri keçirilir

Məlumatda o da bildrilib ki, dil təkmilləşmə təlimi yekunlaşdıqdan sonra müəllimlər əldə etdikləri bilikləri praktiki yöndə daha da təkmilləşdirmə şansı qazanacaqlar: “Belə ki, müəllimlər Metodologiya təlimlərinə cəlb olunacaqlar. Metodologiya təlimi 40 akademik saatı əhatə edir. Metodologiya təlimləri boyunca müəllimlər 40 saatı əhatə edən məktəb əsaslı peşəkar görüşlərə cəlb olunacaq. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunacaq və təlimçi- fasilitatorlar (bələdçi) tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici tövsiyələr veriləcək. Layihənin yekununa doğru başlanğıcda olduğu kimi müəllimlər üçün Beynəlxalq Aptis imtahanı yenidən keçiriləcək. İmtahan diaqnostika xarakteri daşıyır və layihə boyunca əldə olunmuş inkişafı ölçmə imkanı yaradır. Layihənin bütün mərhələləri ödənişsiz əsaslarla həyata keçirilir”.

Nigar, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA