» » Boksçularımız yeni məşqçiylə... - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Boksçularımız yeni məşqçiylə... - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Boksçularımız yeni məşqçiylə...  - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO
Bildiyimiz kimi, boks üzrə milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Belə ki, ukraynalı tanınmış mütəxəssis Leonid Layinski milli kollektivin baş məşqçisi təyin olunub. Əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.
Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə olunub. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.
Kişilərdən ibarət komandamızda olduğu kimi, qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib. Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.
Hurriyyet.org bu dəfə boksçuların baş tutan məşqindən reportaj hazırlayıb.
Məşqə nəticə vermiş idmançılarımız qatılıb. Onlar yeni məşqçi ilə ciddi hazırlaşdıqlarını və qarşıdakı yarışlarda uğur qazanmaq istədiklərini vurğulayıblar. İdmançılarımızın bəziləri olimpiadadkı uğursuzluğu unudub irəli baxmaq niyyətində olduğunu deyiblər.
Bildiyiniz kimi, Rio Olimpiadasında əsas diqqəti çəkən məqam gənc boksçumuz Kamran Şahsuvarlının göstərdiyi döyüş üslubu olub. O, güclü və təcrübəli rəqiblərindən çəkinməyərək, onlarla açıq mübarizə apararaq bürünc medal qazanıb. Heç kim ondan medal gözləmirdi desək, yerinə düşər. Ancaq o gözləntilərin tam əksini etdi.
Kamran Şahsuvarlı baş tutan məşq prosesi və hazırlıqdan da danışıb: "Həqiqətən də məndən medal gözləmirdilər. Mənim o qədər də nəticələrim yox idi və lisenziya yarışında da 5-ci yeri tutmuşdum. Boks yığmamızın heyətində isə dünya çempionları vardı. Fikirləşirdim ki, çıxıb yaxşı döyüş göstərmək lazımdır. Açığı, qələbə qazanmağı o qədər də fikirləşmirdim. Boksçu qələbəni fikirləşəndə yaxşı heç nə əldə edə bilmir. Əslində rinqdə öz xəyallarım üçün döyüşürəm. Rinq hər şeyi göstərir: kim güclü, kim zəifdir. Olimpiadada həmişə təcrübəlilər, güclülər qalib gəlmir. Bir də görürsən ki, Olimpiya mükafatçısı ilk döyüşdə məğlub olaraq yarışı vaxtından əvvəl tərk edir. Mənim isə fikrim potensialımdam üstün döyüşərək, məqsədimə çatmaq idi.
Güclü məşqlərə başlamışıq. Amma düzünü desəm, yalnız Tokio-2020-də çıxış etmək fikrim var. Çünki uşaqlıq arzum olaraq, karyeramı peşəkar boksla davam etdirmək istəyirəm. Bilirsiniz ki, boksla peşəkar boks arasında fərq çoxdur. Ona görə də 4-5 il təcrübəmi artırdıqdan sona peşəkarlar arasına getmək fikrim var".
Qarşıdakı yarışlar barəsində danışan olimpiadanın bürünc mükafatçısının məqsədi IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaqdır: "Bu il bizim üçün ən böyük yarış IV İslam Həmrəyliyi Oyunlarıdır. İstərdim ki, mötəbər turnirdə döyüşüm. Əlbəttə, arzularım var. Turnir öz vətənimizdə və doğma azarkeşlərimiz qarşısında olacaq. Bu amil bizim üstünlüyümüzdür. Olimpiadanı gördükdən sonra fikirləşirəm ki, indi istənilən rəqiblə döyüşə bilərəm. Çalışacam ki, IV İslam Həmrəliyi Oyunlarında çempion adını qazanım və bayrağımızı qaldırım".
Öncə də bildirdiyimiz kimi, qərara əsasən Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirir. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Yenidən böyük məşqçi işləyən Nəriman Abdullayev də fikirlərini bizimlə bölüşdü: "Bu gündən güclü məşqlərə start veririk. Qarşımızda məqsədlərimiz var. Güclü boksçularımızla uğurlar qazanmaq niyyıtindəyik. Kamranla bağlı danışmağımı istəsəz, deyərdim ki, onun olimpiadadakı uğuru mənə əlavə stimul verdi. O bizim ən gənc idmançılarımızdandır. Kamranın bu yaşda uğur qazanması onu göstərir ki, onun Tokio-2020-də çempion olması heç də əlçatmaz deyil. O, buna qadir idmançıdır. Tokioda medal qazanacaq idmançılarımız çoxdur. Həmçinin də İslam Həmrəylik Oyunlarında".
Teymur Məmmədov da qarşıdakı yarışlara haızrlaşır. Onun da qarşısında hədəfləri var. O, Olimpiya Oyunlarındakı məğlubiyyəti unudub yeni qələbələrə imza atmaq istəyir. Teymur indi İslam Həmrəylik Oyununda İlk Avropa Oyunlarındakı uğurunu təkrarlamağı qarşsına məqsəd qoyub.

Aygün, Hurriyyet.org



Boksçularımız yeni məşqçiylə...  - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Boksçularımız yeni məşqçiylə...  - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Boksçularımız yeni məşqçiylə...  - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Boksçularımız yeni məşqçiylə...  - Olimpiya mükafatçımız uğursuzluğu unutmaq istəyir – VİDEO/FOTO

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA