» » Anti-böhran Koalisiyası atəşkəs şərtlərinin açıqlanmasını tələb edir - BƏYANAT

Anti-böhran Koalisiyası atəşkəs şərtlərinin açıqlanmasını tələb edir - BƏYANAT

Anti-böhran Koalisiyası atəşkəs şərtlərinin açıqlanmasını tələb edir - BƏYANAT“Hərbi əməliyyatların dayandırılması və atəşkəsin elan olunması danışıqlarında kimlərin iştirak etdiyi və hansı şərtlərlə razılıq əldə edildiyi xalqa açıqlanmalıdır”

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) qərərgahında Sərdar Cəlaloğlunun sədrliyi ilə Anti-böhran Koalisiyasının növbəti yığıncağı keçirilib.
Hurriyyet.az xəbər verir ki, yığıncaqda qərarların icra vəziyyəti və Qarabağ cəbhəsində yaranmış yeni hərbi-siyasi situasiya geniş təhlil edilib.
Toplantı iştirakçıları Azərbaycan Milli Ordusunun son günlərdə apardığı hərbi əməliyyatları və əldə edilən nəticələri yüksək qiymətləndirib, Azərbaycan xalqını Milli Orduya hər-cür dəstək verməyə çağırıb.
Anti-böhran Koalisiyası, həmçinin, hərbi əməliyyatların dayandırılması və atəşkəsin elan olunması danışıqlarında kimlərin iştirak etdiyi və hansı şərtlərlə razılıq əldə edilməsinin xalqa açıqlanmasını tələb edib.
Yığıncaq iştirakçıları Ermənistan tərəfinin ardıcıl olaraq danışıqlar prosesini birtərəfli qaydada pozduğunu, Azərbaycan torpaqlarını işğal və ilhaq etmək niyyətini açıq şəkildə ifadə etdiyini nəzərə alaraq, bundan əvvəlki şərtlərlə danışıqlarda iştirak etməməyə və Qarabağ problemini Beynəlxalq Hüquqa uyğun istənilən vasitə ilə həll etməyə çağırıb.
Sonda Anti-böhran Koalisiyası bütün dünyanın diqqətinin Azərbaycanda olduğu və Qarabağ cəbhəsində ciddi hərbi aktivliyin müşahidə edildiyi bir vaxtda iqtidar-muxalifət münasibətlərinin süni şəkildə gərginləşdirilməsinin milli həmrəyliyə və maraqlara zidd olduğunu bildirib və hər iki tərəfi bu cür cəhdlərdən çəkinməyə çağırıb.
Ülviyyə XƏLİL, Hurriyyet.az
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA