» » Qadın özünü körpüdən atdı - BAKIDA

Qadın özünü körpüdən atdı - BAKIDA

  • Loading...
    Qadın özünü körpüdən atdı - BAKIDABakıda intihara cəhd hadisəsi baş verib.
    Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
    Bir övlad anası olan 20 yaşlı Afiyə Sadıqova Tiflis prospektindəki körpüdən özünü atıb. Qadın çoxsaylı sınıq xəsarətləri alsa da, sağ qalıb. Onu 1 saylı Şəhər Klinik Xəstəxanasının ərazidən keçən həkimi öz şəxsi avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər qadının həyatını xilas edə biliblər.
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb.
    Ötən axşam isə 20 yaşlı qadın körpüdən özünü ataraq, intihar etmək istəyib. Onun intihara cəhd etməsinin səbəbinin ailəsindəki münaqişə olduğu ehtimal edilir.
    Faktla bağlı araşdırmalara başlanılıb.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA