» » Bu gün iki metro stansiyası açılacaq

Bu gün iki metro stansiyası açılacaq

Bu gün iki metro stansiyası açılacaqBu gün Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı olacaq.
Hurriyyet.org xəbər verir ki, artıq hər iki stansiya ərtafında təhlükəsizlik tədbirləri gücləndirilib. Stansiyaların açılışında ölkə prezidentinin də iştirakı gözlənilir.
Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb.
"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.
"Avtovağzal" stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart tarixli sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA