» » ABŞ sözcüsü: "Rusiyaya qarşı sanksiyalar götürülməyəcək"

ABŞ sözcüsü: "Rusiyaya qarşı sanksiyalar götürülməyəcək"

ABŞ sözcüsü: "Rusiyaya qarşı sanksiyalar götürülməyəcək"“Krım qaytarılana və Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
V. Nuland Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, prezident Obama Minsk razılaşmalarının tam yerinə yetirilməsini və Donbasın işğaldan tam azad olunmasını dəstəkləyir: “Biz öz mövqeyimizdə qalırıq ki, Krım məsələsi ilə bağlı tətbiq olunmuş sanksiyalar Krım Ukraynaya qaytarılana qədər qüvvədə qalmalıdır. Bu kontekstdə mən qeyd etmək istərdim ki, biz Krım Tatar Məclisinin qadağan olunması barədə dəhşətli qərardan hiddətlənmişik”.
V. Nuland dövlət katibi Con Kerrinin bu yaz Ukraynaya səfər edəcəyini söyləyib: “Dövlət katibi Kerri bir ilə yaxındır buraya gəlmir. Hər dəfə soruşur ki, niyə mən gəlirəm, o isə yox. O, gəlməkdə maraqlıdır və yəqin ki, bu yaz səfər reallaşacaq”.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA