» » “Apteklərdə vahid qiymət bazar iqtisadiyyatı qanunlarına ziddir”

“Apteklərdə vahid qiymət bazar iqtisadiyyatı qanunlarına ziddir”

  • “Apteklərdə vahid qiymət bazar iqtisadiyyatı qanunlarına ziddir”Azad İstehlakçılar Birliyinin sədri: “Hər gün dərmanların qeyri-sabit qiyməti və keyfiyyətsizliyilə bağlı şikayət alırıq”

    Səhiyyə nazirinin müavini Elsevər Ağayev dərmanların qiymətinin tənzimlənməsi prosesinin iyunun sonunadək başa çatacağını bildirib. Onun sözlərinə görə, qiymətlərin tənzimlənməsi dövlət qeydiyyatında olan bütün dərmanlara şamil olunacaq və bununla bağlı gələn ay Tarif Şurası qərar verəcək. Nazir müavini bildirib ki, qiymət tənzimlənməsi ölkədə rəsmi qeydiyyatdan keçmiş 11 minə yaxın dərmana şamil olunacaq.
    Qeyd edək ki, ötən ilin iyununda Nazirlər Kabineti ”Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiqi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
    Rəsmi qurumlar dərmanların qiymətlərinin tənzimlənməsini böyük sosial əhəmiyyətli proses hesab edirlər.
    Məsələ ilə əlaqədar ötən il prezident İlham Əliyev "Dərman vasitələri haqqında" qanunda dəyişikliyi nəzərdə tutan sərəncam da imzalayıb. Bundan əlavə, prezident çıxışlarında bir neçə dəfə ölkədə dərman preparatlarının baha olmasından narazılığını ifadə edib, xaricdən ən ucuz, ən aşağı keyfiyyətli dərmanların alınıb baha qiymətə ölkəmizdə satılmasını böyük ədalətsizlik adlandırıb.
    Amma dərman preparatlarının qiymətlərinin tənzimlənməsi cəhdlərinə baxmayaraq, qiymətlərdə yenə də endirim müşahidə olunmur. Məsələn, redaksiyaya müraciət edən, anası xərçəng xəstəsi olan Aytən Əbdürəhmanova bildirir ki, hələ manatın son devalvasiyasından öncə əvəcedicisi olmayan yalnız eyniadlı aptekdə satılan “Mega Cey” dərmanını Türkiyədən 15 dollara gətirtdiyi halda, Azərbaycanda bu dərmanı minimum 74, maksimum 80 manata əldə edə bilib. Özü də ona bu dərmanın Azərbaycanda defitsit olduğu deyilib.
    “Apteklərdə vahid qiymət bazar iqtisadiyyatı qanunlarına ziddir”Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirir ki, gün ərzində bir neçə istehlakçı dərmanların təsirsiz olması, yaxud qiymətlərinin baha olması ilə əlaqədar AİB-ə müraciətlər daxil olur: “Bir az öncə Ülkər Baxşıyeva (vətəndaşın özünün razılığı olmadığı üçün adı şərtidir - red.) adlı bir xanım bizə ərizə ilə müraciət edib bildirdi ki, “İmonofan” deyilən dərmanın qiyməti qeyri-sabitdir və təsirsizdir. Biz bu məsələni araşdıracağıq. Hər gün bizə ən azı bir-iki telefon zəngləri gəlir. Məsələn, dünən belə bir məlumat almışıq. Artıq qiymət tənzimlənməsinə daxil olan “Eksfordj” (“Exsforge”) adlı dərmanın bir qutusunda vaxtilə 28 ədəd ampula olduğu halda 33 manata satılıdığı, hazırda isə bir qutusunda 14 ədəd olan bu dərmanın 28 manata satılması haqqında birliyə şikayət daxil olub. Belə çıxır, 28 ədədlik bir qutu “Eksfordj” 54 manatadır. Belə anormal hallarla çox rastlaşmaq olur”.
    Eyyub Hüseynovun sözlərinə görə, qiymətləri tənzimlənməyən dərman preparatlarının bütün apteklərdə vahid qiymətə satılması bazar iqtisadiyyatı qanunlarına ziddir: “Eyni bir dərmanın qiyməti dövlət tərəfindən tənzimlənmirsə, müxtəlif apteklərdə müxtəlif qiymətə satıla bilər. Lakin sosial müdafiəsini təmin etmək üçün ola bilər ki, belə bir sabitləşmə olsun. Arzu edərdim ki, bu sabit qiymət aşağı qiymətlə olsun, yuxarıyla yox”.
    AİB sədri hesab edir ki, dərmanların qiymətlərinin tənzimlənməsi də ölkə prezidentinin əhalinin sosial müdafiəsinə yönəlmiş tapşırıqlradan biri olsa da, bu tapşırıqlar da digərləri kimi heç də mükəmməl yerinə yetirilmir: “Bugünlərdə məşhur apteklər şəbəkəsindən birindən də məlumat almışıq ki, saxta gigiyenik vasitələr satılır. Təəssüf ki, bu apteklər şəbəkəsinin qaynar xəttinə mütəmmadi zəng vururuq, əlaqə yarada bilmirik. Çox təəssüf ki, biznes qurumlar üçün toxunulmazlıq mühiti yaradılıb. Bu isə 10 milyon insanın 2-3 min adama tabe olması deməkdir. Biznesi də, dövləti də, ordunu da saxlayan 10 milyon istehlakçıdırsa, burda ölkə başçısının da dediyi kimi, ictimai nəzarətə önəm verilməlidir”.
    AİB sədri eyni zamanda onu da bildirdi ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində elə mexanizm hazırlanmalıdır ki, kiçik və orta sahibkarların fəaliyyəti məhdudlaşmasın: “Yəni qiymət tənzimlənməsinin başlıca şərti bazarda bolluğun olmasındadır. Ona görə də əczaçılar bu sahədə peşəkar fəaliyyətin təkmilləşməsi üçün maddi dəstək istəyirlər".
    Eyyub Hüseynovun fikrincə, hazırda yüksək qiymətə alınan və dərman depolarında toplanıb qalan preparatlarla bağlı da müvafiq qərar verilməlidir. O hesab edir ki, həmin dərmanlar sonradan saxtalaşdırılaraq istehlakçılara satıla bilər: "Hökumət yüksək qiymətə alınmış və anbarlarda qalan dərmanlar barədə də müvafiq qərar verməlidir. Ən əsası, dərman biznesi ilə məşğul olanların keyfiyyətli dərman istehsalçısına əlyetənliyi təmin olunmalıdır ki, ölkəyə keyfiyyətli dərmanlar gətirilsin. Mexanizm elə qurulmalıdır ki, bu ucuzlaşmadan dərman biznesmenləri də faydalansın".
    Mövzuya qayıdacağıq.

    Sevil HİLALQIZI, Hürriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Nisan 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    QALEREYA