» » Aygün Kazımova “Yeni Müsavatı”ı məhkəməyə verir

Aygün Kazımova “Yeni Müsavatı”ı məhkəməyə verir

  • Aygün Kazımova “Yeni Müsavatı”ı məhkəməyə verir
    Xalq artisti Aygün Kazımova “Yeni Müsavat”ı məhkəməyə verir.

    AzNews.az-a açıqlama verən sənətçi xəbəri dərc edən musavat.com saytını və yazı müəllifini məhkəməyə verəcəyini bildirib. O, məsələ ilə bağlı vəkilinin artıq işə başladığını deyib.
    A.Kazımovanın müəllimi, bəstəkar Cavanşir Quliyev də sosial şəbəkədə məqaləni dərc edən mətbu orqanı tənqid edib: “Ayıb olsun! M.Ə. Rəsulzadə Müsavatı bunun üçün yaratdı? Biz könlümüzü, ömrümüzü, həyatımızı bunun üçün Müsavata verdik? Çox üzüldüm! İnsanı sübutsuz-dəlilsiz ittiham etmək olmaz. Buna böhtan deyilir. Böhtan da cəzalandırılmalıdır. Ən acısı isə odur ki, bunu, dəfələrlə böhtanın qurbanı olmuş Müsavat edir!”
    Bəstəkar vurğulayıb ki, sözügedən mətbu orqan A.Kazımovadan üzr istəməlidir: “Çünki Aygün o cür insan deyil. Mən onu çox yaxşı tanıyıram. Məncə onlar Aygün Kazımovadan öz saytlarının yerinə üzr istəməlidir. Bəlkə Aygün bağışlayar”.
    Xalq artistinin mətbuat xidməti əlavə edib ki, A.Kazımova haqda həqiqəti əks etdirməyən informasiyaları media nümayəndələrinə ötürən şəxs Türkiyədə yaşayan azərbaycanlı Murad adlı şəxsdir: “Sonradan özünü yarıqadın edərək Masya adı məşhurlaşan cinsi azlıq yaşam tərzinə görə Azərbaycanı tərk edib. Bir müddət Türkiyədə yaşayıb. Qanunsuz əməllərinə görə Türkiyədən deportasiya olunub. Məlumatları yayan şəxs də odur”.
    Xatırladaq ki, Bu günlərdə mətbuatda Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri barədə yazı dərc olunub. Yazıda bildirilir ki, erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar.
    "Yeni Müsavat" qəzeti bununla bağlı geniş yazı dərc edib və həmin məsələdə Aygün Kazımovanın adını çəkib. Müğənni erməni agentlikləri ilə işbirliyində ittiham olunub.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA