» » Dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürdü

Dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürdü - İdman naziri

  • Dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürdü

    Rusiyanın idman naziri Vitali Mutko ölkədə dopinqlə bağlı yaranan vəziyyətə görə məsuliyyəti öz üzərinə götürüb.

    Hurriyyet.az APA-ya istinadən bildirir ki, V. Mutko aparıcı idmançıları müdafiə edəcək sistemin yaradılmasının lazım olduğunu söyləyib: "İdman nazirliyinin başçısı kimi Kulijnikov və Bobrovaya görə məsuliyyət daşıyıram. Mən kollektiv cavabdehliyi bölüşürəm".

    Qeyd edək ki, son günlər meldonium preparatını qəbul etdiklərinə görə bir neçə tanınmış Rusiya idmançısı beynəlxalq yarışlardan kənarlaşdırılıb. Onların arasında məşhur tennisçi Mariya Şarapova, fiqurlu konkisürmə üzrə tanınmış idmançı Yekaterina Bobrova və digər idmançılar var.

    Meldonium preparatı Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2016-cı il yanvarın 1-dən qadağan olunmuş preparatlar siyahısına daxil edilib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA