» » Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”

Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”

  • Loading...
    Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”“AXCP və Müsavatda siyasi inkişaf olmadığı üçün əməkdaşlıq edə bilmirlər”.
    Bunu APA-ya açıqlamasından Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
    S. Cəlaloğlu son günlər AXCP və Müsavat arasında əməkdaşlıqla bağlı aparılan danışıqlara münasibət bildirərək, hər hansı əməkdaşlığın mümkünlüyünə inanmadığını deyib: “O ideyalar ki, reallaşması mümkün deyil, bunları irəli sürmək və müdafiə etmək olmaz. Bu, xeyirdən çox ziyan gətirir. AXCP və Müsavat Partiyasının da ittifaq məsələsi real deyil”.
    ADP sədri qeyd edib ki, hər iki partiyanın rəhbərliyində hərəkatçılıq əhval-ruhiyyəsi bu təşkilatların siyasi partiya kimi fəaliyyətə mane olur: “AXCP və Müsavat Partiyası hərəkatdan çıxmış insanlardan təşkil olunub. Ona görə də bu iki partiyanın əməkdaşlığı ilə bağlı hər hansı ideya gerçəkləşə bilməz”.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA