» » “Təbii qara düyü”nün süni rəngi çıxdı - AZƏRBAYCANDA SAXTAKARLIQ

“Təbii qara düyü”nün süni rəngi çıxdı - AZƏRBAYCANDA SAXTAKARLIQ

  • “Təbii qara düyü”nün süni rəngi çıxdı - AZƏRBAYCANDA SAXTAKARLIQAzad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, birliyə daxil olan şikayətlər, müraciətlər gün-gündən artır. Ən müxtəlif mövzulu şikayətlərin məzmunu istehlakçı hüquqularının pozulması ilə bağlıdır. Hurriyyet.org saytının əməkdaşı AİİB-in ofisinə gedib, 2016-cı ildə birliyə daxil olan yazılı müraciətlərlə tanış olub. Mütəmadi olaraq həmin şikayətlər oxucuların diqqətinə çatdırılacaq.
    Bakı şəhəri, Ş.Abdullayev, ev 9a, ünvanında yaşayan Səltənət Zülfüqarova AİİB-ə ünvanladığı məktubunda yazıb ki, 16 may 2016-cı ildə “İnşaatçılar” prospekti 31-de yerləşən “Arazmarket”dən 7 manat 79 qəpiyə “Astara qara düyü”sü alıb. Qadın bildirir ki, aldığı düyü süni qara rəng verib. Düyünün təbiiliyindən şübhələnən qadın AİİB-ə müraciət edib.
    İstehlakçının birliyə təqdim etdiyi “Astara düyüsü”-“pəhriz düyüsü” üzərində yazılıb ki, Astara və Lənkəran rayonlarında yetişdirilərək istehsal olunmuş yüz faiz təbii qara düyünün tərkibində olan maqnezium, marqans, sink, zülal, amin turşuları, fosfor və sair elementlər insan orqanizminə enerji balansını qoruyur, arteriyaları gücləndirir və xərçəngə tutulma riskini azaldır.
    AİİB sədri bildirir ki, adi düyüdən olduqca baha qiymətə satılan “qara düyü” istehlakçını aldatmaq məqsədi güdüb. Onun sözlərinə görə, biznes qurumlara toxunulmazlıq şəraitinin yaradılması istehlakçı şikayətlərinin sayını birə-on qat artırıb: “Heç bir ölkənin bu qədər apteki yoxdur. Bu cür qidalar insanların xəstəliklərini artırır. Çox təəssüf ki, dövlət də ancaq biznesin inkişafına şərait yaradır, istehlakçı hüquqları nəzərə alınmır. Hələ də Azərbaycanda “Qida təhlükəsizliyi” haqqında qanun yoxdur. Halbuki dövləti də, ordunu da saxlayan istehlakçıdır. Dövlət istehlakçının qayğısına qalmalıdır”.
    Səltənət Zülfüqarovanın müraciətilə bağlı AİİB İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə müraciət edib. Müraciətdə istehlakçının hüququnun qorunması və görülmüş tədbir barədə AİİB-ə də məlumat verilməsini xahiş edilib.
    “Təbii qara düyü”nün süni rəngi çıxdı - AZƏRBAYCANDA SAXTAKARLIQ
    “Təbii qara düyü”nün süni rəngi çıxdı - AZƏRBAYCANDA SAXTAKARLIQ

    Sevil, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA