» » Bəzi reklam məhsulları niyə məhz 39,9 manata?

Bəzi reklam məhsulları niyə məhz 39,9 manata?

  • Bəzi reklam məhsulları niyə məhz 39,9 manata?
    İstehlakçılar, bu yazını oxusanız, biləcəksiz

    Televiziyalarda, saytlarda tez-tez qiyməti 39,9 manata olan məhsullar reklam edilir. Gəlişigözəl fikirlərlə reklam olunan bu məhsulları alıb istifadə edən istehlakçı çox hallarda asılı vəziyyətə salınır. Bu məhsulların satışını təşkil edən mərkəzlər elə cəlbedicilik yaradılır ki, vətəndaşlar təkrar-təkrar 39,9 manat xərcləyib yenidən bu məhsullardan almalı olur. Necə deyərlər, dərmanxora cevrilir.

    Absurd: Qanun deyir ki, istehlakçını 40 manata qədər aldatmaq olar

    Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda qanunvericilik səviyyəsində elə bir iş aparılıb ki, istehlakçıların soyulması baş verir. Bizimlə söhbətində Hurriyyet.org-a bildirdi ki, bu məsələ hər bir istehlakçının bilmədiyi səviyyədədir: “Televiziya, qəzet, mətbuat səhifələrində, KİV reklamlarına baxsaq görürük ki, istehlakçıları soyan reklamlar gedir. Belə ki, Türkiyədən “Siqarason”, “Sinirotu” deyilən məhsullar idxal olunur, qiyməti 39,9 manatdır. Guya “Siqarason” qəbul edilsə, dərhal siqaretdən azad olunacaqsan. Diabetli xəstələr “Sinirotu” qəbul etsə, şəkər xəstəliyinə son qoyulacaq. Eyni qiymətə guya qırışları götürən məhsullar da reklam olunur. Bu məhsullar həm Türkiyə, həm Azərbaycan telekanallarında güclü reklam edilir. 39,9 manata badam yağı, guya bir çox xəstəliklərə dərmandır. Bu siyahını çox uzatmaq olar. Xaricdən, xüsusən Türkiyədən Azərbaycana bu cür məhsullar transfer edilir. Bəs nə üçün bu məhsullar 39,9 manata qədərdir? Çünki bizim hörmətli Milli Məclis mənsublarının işlədiyi Cinayət Məcəlləsinə dair 200-cü maddədə göstərilir ki, 40 manata qədər məbləğdə istehlakçını aldatmaq cinayət məsuliyyəti yaratmır. Bu o deməkdir ki, Azərbaycanın 10 milyon əhalisini rahat şəkildə aldada bilərlər və buna görə də heç kəs məsuliyyət daşımaz”.
    QEYD: "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 14 fevral 2012-ci il tarixli qanunla Cinayət Məcəlləsinin 200-cü maddəsində göstərilir: “İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (40 manatdan 500 manatadək) aldatma 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır”.

    “Sinirotu” diabetoloqları sinirləndirir

    Şəkərli diabeti olan xəstələr üçün “Sinirotu” deyilən məhsulun satışı ilə məşğul olan mərkəzin hüquqşünası Elmar Cahangirovun sözlərinə görə, Türkiyədən idxal olunan və təmsil etdiyi şirkətdə satılan bütün məhsulların sənədləri tam qaydasındadır: “Bizdə vətəndaşlarımıza “Sinirotu”, “Siqarason”, “Arı südü” təklif edilir və hamısının da sertifikatı var” .
    Bu məhsulun tərkibilə bağlı AİİB-in Səhiyyə Nazirliyinə ünvanladığı bir sorğuya Respublika Endokrinoloji Mərkəzin direktoru İsmi Yusfzadə tərəfindən verilən cavabda bildirlir ki, “Lider” televiziyasında tərkibi və tətbiqi öyrənilməmiş, sinirotu, yəni bağayarpağı dərmanı adı altında şəkərli diabetli xəstələrin tam müalicəsilə bağlı elanların verilməsi mərkəzin diabetoloqları tərəfindən tam şəkildə pislənir: “Onun mexanizmi, kliniki tətbiqi və effektivliyi öyrənilmədən reklam və elanların verilməsi tövsiyə edilmir. Yaxşı olardı ki, bu cür elanlar verilməzdən əvvəl Səhiyyə Nazirliyi və onun ixtisaslaşmış tibb müəssisəsi olan Respublika Endokrinoloji mərkəzin rəyi verilsin”.
    Baş endkrinolqun verdiyi cavabı hüquqşünasın diqqətinə çatdırıb soruşduq ki, təmsil etdiyi mərkəzə belə rəy verilibmi? Cavab verdi ki, onlara Səhiyyə Nazirliyinin İnnovasiya şirkətindən sertifikat verilib”.

    Səhiyyə Nazirliyinin İnnovasiya şirkəti var?!

    Hüquqşünas bir qədər gözləməyimizi xahiş edib sənədləri bir də gözdən keçirdi: “Üzr istəyirəm, Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyindən”.
    Onu da qeyd edək ki, qida əlavəsi adı altında satılan bu cür məhsulların satışını təşkil edən mərkəzlərin əməkdaşları daha çox marketinq işilə məşğul olan, ixtisasca tibb sahəsinə heç bir aidiyyəti olmayan şəxslərdir.

    Prezidentdən sitat

    Məhsul niyə məhz 39,9 manatadır?
    Hüquqşünas dedi ki, azad bazardır, sahibkar istədiyi qiymətə məhsulunu sata bilər. Hətta zəngimizə görə hədə-qorxu da gəldi: “Sahibkarlıq fəaliyyətinin inkişafı prezidentin də diqqətindədir. Şirkətimizə bir neçə dəfə təzyiq vasitəsi olaraq bu cür müraciətlər edilib. Belə getsə, biz bu cür vətəndaşlarla hüquqi müstəvidə söhbətlər aparacağıq”.
    Azərbaycan dövlətinin başlıca məqsədi istehlakçı hüquqları yox, biznesdir
    AİİB sədri Eyyub Hüseynovun sözlərinə görə, dövlət səviyyəsində biznes qurumlara yaradılmış rahatlıq və toxunulmazlıq şəraitindən sui-istifadə olunur. Fürsətcil, yalnız öz biznesinin düşünən sahibkarların 40 manata qədər məbləğlə vətəndaşları aldatması hallarının qarşısını almaq üçün AİİB mövcud vəziyyəti dəyişməyə çalışır: “Bu proses Azərbaycanda çox geniş yayılıb. Çox təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan çoxmərtəbə binalarda oturmuş N sayda dövlət institutunun nümayəndələri istehlakçı hüquqularının pozulmasına dair bizim göndərdiyimiz bütün məktublara cavabı bu olur: vətəndaş məhkəməyə müraciət etsin. Bu, anormal haldır və çoxluğun azlığa tabe olmasıdır.

    İstehlakçıların səsi ən ali dövlət orqanlarından eşidilməlidir

    Birlik sədri ABŞ prezidenti olmuş Con Kennedinin vaxtilə söylədiyi tarixi fikir də yada saldı: “15 mart 1962-ci ildə Con Kennedi konqresi açarkən demişdi Biz hamımız istehlakçılarıq və bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir. Azərbaycan dövləti də ilk növbədə buna nail olmalıdır. Çünki bir daha təkrar edirəm: dövləti də, orudunu saxlayan istehlakçıdır. Amma təəssüf ki, indi Azərbaycan dövlətinin strateji məqsədi istehlakçı hüquqları yox, biznes hüquqlarını inkişaf etdirməkdir. O dövlətlərdə ki, məmur özü bizneslə məşğul olur, sahibkarlıq edir, o dövlətlərdə bu məsələ belədir və o dövlətlərin iqtisadiyyatı zəifdir. Çox təəssüf ki, bu Azərbaycanda da belədir”.

    İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti asılı qurumdur

    Eyyub Hüseynovun fikrincə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti İqtisadiyyat Nazirliyi yanında yox, müstəqil bir təşkilat olaraq fəaliyyət göstərməlidir: “Təzəlikcə Yeni Zellandiyadan gəlmişəm, orada bu iş qeyri-hökumət təşkilatına həvalə edilib və dövlət də ona dəstək verir. Hansı ölkələrdə ki, istehlakçı hüquqları mükəmməl qorumur, o ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş ölkəsidir”.

    Sevil UNAL, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA