» » “Bu, faşizmə bağlılıqdır” - Fazil Mustafa

“Bu, faşizmə bağlılıqdır” - Fazil Mustafa

“Bu, faşizmə bağlılıqdır” - Fazil Mustafa
“Almaniya Bundestaqının çıxardığı qərarın Türkiyə üçün elə də əhəmiyyəti yoxdur. Türkiyə Almaniyanın aldığı hər hansı qərara görə öz siyasətindən imtina edəsi deyil”
Hurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanımasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bununla Almaniya sadəcə münasibətləri pozmaqda maraqlı olduğunu göstərdi: “Bu münasibətlərin pozulmasından inanmıram ki, Almaniya hər hansı xeyir götürsün. Qəbul edilən qərar kifayət qədər siyasi xarakterlidir. Bu erməni yalanlarının Almaniya tərəfindən təsdiqidir. Almaniyanın özünə baş ucalığı gətirməyəcək. Çünki tarix bəzən bu qərarların sonradan həmin ölkələrə bumeranq kimi döndüyünü göstərib.
Faşizmin olduğu yer olaraq Almaniyanın bu məsələlərdə daha həssas olması lazım idi. İnsanlıq tarixində ən böyük vəhşilik bu məkanda siyasətçilər tərəfindən həyata keçirilib. Ermənilər də faşizmə uyğun davranıblar. Bəzi alman deputatlarının bu istiqamətdə addımları da faşizmə olan bağlılıq kimi qiymətləndirilməlidir. Mən hesab edirəm ki, bu çox biabırçı bir qərardır. Almaniyanın özü üçün çox böyük zərəri olacaq”.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA