» » Azərbaycanlı milyarder ''Bloomberg''in siyahısında

Azərbaycanlı milyarder ''Bloomberg''in siyahısında

  • Azərbaycanlı milyarder ''Bloomberg''in siyahısındaABŞ-ın "Bloomberg" agentliyi dünyanın 200 milyarderinin siyahısını açıqlayıb.
    Hurriyyet.org-un (Hurriyyet.az, Hurriyyet.tv) Anspress-ə istinadən məlumatına görə, siyahıya "Microsoft"un yaradıcısı Bill Qeyts liderlik edir. Onun 85.6 milyard dollar sərvəti var.
    Agentliyin açıqladığı siyahıda 15 Rusiya vətəndaşının da adı yer alıb. Bunların içində əslən azərbaycanlı "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərovun da adı var.
    Bir neçə gün öncə "Forbes" jurnalı iş adamının sərvətinin 8,9 milyard dollar olduğunu yazmışdı.
    "Bloomberg"in tərtib etdiyi siyahıda rus milyarderlərdən dağ metallurgiya şirkəti "Noroilski Nikel"in rəhbəri Valdimir Potanin 14.7 milyard dollarlıq sərvəti ilə 56-cı yerdə qərarlaşıb.
    63 yerdə "Novatek" şirkətinin idarə heyyətinin rəhbəri Leonid Mixelson 14.1 milyard dollar, 68-ci yerdə "Renova" şirkətinin direktorlar şurasının sədri Viktor Vekselber 13.1 milyard dollar sərvəti ilə qərarlaşıb.
    Reytinq cədvəlində qərarlaşan 15 rus milyarderin ümumi sərvəti isə birlikdə 156.5 milyard dollar təşkil edib.
    Əslən azərəbaycanlı olan Vahid Ələkbərov Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "Lukoil" şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.
    O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Nisan 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    QALEREYA