» » Fazil Mustafa yenidən BQP başqanı seçildi

Fazil Mustafa yenidən BQP başqanı seçildi

Fazil Mustafa yenidən BQP başqanı seçildiBu gün Böyük Quruluş Partiyasının (BQP) V qurultayı keçirilib.
Hurriyyet.org-un (Hurriyyet.az, Hurriyyet.tv) xəbərinə görə, qurultay iştirakçıları öncə Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında işə başlayan toplantını BQP Ali Məclisinin sədri Əjdər Əliyev açıq elan edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, eləcə də sonuncu qurultaydan sonra dünyasını dəyişən partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra partiyanın Siyəzən və Qəbələ rayon təşkilatları qeydiyyata alınıb, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin, BQP başqanı Fazil Mustafanın, Ali Məclisin və Ali Nəzarət Qurulunun sədrlərinin hesabatları dinlənilib.
Cari məsələlərin müzakirəsindən sonra partiya başqanı vəzifəsinə seçkilər keçirilib. Fazil Mustafa yekdilliklə yenidən 4 il müddətinə BQP başqanı seçilib.
Sonda qurultay adından Dağlıq Qarabağdakı mövcud vəziyyətə və Almaniya Bundestaqının "erməni soyqırımı" ilə bağlı qərarına dair qətnamələr qəbul olunub. Bununla da qurultay işini başa çatdırıb.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA