» » "BU, ADƏTƏN, MİN DOĞUŞDAN BİR OLAN HADİSƏDİR" – 25 yaşlı qadın doğuş zamanı öldü

"BU, ADƏTƏN, MİN DOĞUŞDAN BİR OLAN HADİSƏDİR" – 25 yaşlı qadın doğuş zamanı öldü

  • Loading...
    "BU, ADƏTƏN, MİN DOĞUŞDAN BİR OLAN HADİSƏDİR" –  25 yaşlı qadın doğuş zamanı öldüQuba rayonunda ana doğuş zamanı dünyasını dəyişib. Hurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) Anspress-ə istinadən xəbər verir ki, məlumatına görə, Quba rayon Püstəqasım kənd sakini 1991-ci il təvəllüdlü Aynur Ayəddin qızı Kərimova Quba Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə doğum sancıları ilə gətirilib. Lakin uşaq dünyaya gəldikdən bir müddət sonra 25 yaşlı qadın dünyasını dəyişib.
    Həkimlərin Aygün Kərimovanın valideynlərinə bildirdiklərinə görə, doğum son ana qədər normal olsa da qadının halı qəfildən pisləşib və o qanaxmadan dünyasını dəyişib.
    Onun dünyaya gətirdiyi uşaq isə sağ qalıb.
    Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Əlyar Sərvərov deyir ki, ananın ölümü qəfil baş verib. “Son ana qədər heç bir problem yox idi. Doğuş da normal keçdi, uşaq da normal oldu. Bu, o deməkdir ki, uşaqlıq da normal olub. Amma doğuşdan sonra uşaqlıq boşalanda anidən qanaxma baş verə bilər. Bu, adətən, min doğuşdan bir olan hadisədir. Buna uşaqlığın atanomiyası deyilir, yəni uşaqlığın tonusdan düşməsi. Bundan başqa, 9 ay hormonal dəyişilmiş qadının uşaqlığı, qan dəyişikliyi, qanın formalaşması və s. bu kimi orqan dəyişikliyi ananın ölümünə səbəb olub”, - deyə Əlyar Sərvərov bildirdi.
    Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA