» » “Space”in əməkdaşının evi yandı

“Space”in əməkdaşının evi yandı

  • “Space”in əməkdaşının evi yandıGöyçay rayonunda yanğın olub.
    Hurriyyet.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Yekəxana kəndində qeydə alınıb.
    Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması səbəbində qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət nömrə nişanlı “QAZ 2410” markalı minik avtomobili, yaxınlıqdakı pomidor istixanası və meyvə ağacları yanıb.
    Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil.
    Qeyd edək ki, R. Rəşidov “Space” TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib.
    Faktla bağlı araşdırma aparılır.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA