» » Salyan doğum evində faciə: iki körpə öldü

Salyan doğum evində faciə: iki körpə öldü

Salyan doğum evində faciə: iki körpə öldüNazirlik elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti olmadığını deyir..
Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: “31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 1:00 da, digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01.30-da sönüb. Yəni, elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var”.

* * *

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.
Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA