» » Türkiyə Suriya ilə sərhəddə yeni HHM sistemini yerləşdirir

Türkiyə Suriya ilə sərhəddə yeni HHM sistemini yerləşdirir

Türkiyə Suriya ilə sərhəddə yeni HHM sistemini yerləşdirirHurriyyet.org “RİA Novosti” saytına istinadən xəbər verir ki, Türkiyə Suriya ilə sərhəddə yeni hava hücumuna qarşı müdafiə sistemini yerləşdirmək və sınaqdan keçirmək niyyətindədir. Məlumatın Türkiyə təhlükəsizlik xidmətinə istinad edən “Defense News” Amerika portalı verib.
Portalın məlumatına görə, Türkiyə hakimiyyəti “Serhat” minomyota qarşı radar sisteminin, “HIMARS” operativ-taktiki təyinatlıraket-artilleriya sisteminin qurulmasını, həmçinin, 70 kilometrə qədər sərhəd zolağında mini hava gəmilərinin növbədə durmasını planlaşdırır.
Portala məlumat verən mənbənin sözlərinə görə, HHM sistemi ölkənin cənubundakı Kilis əyalətində, Elbəyli şəhəri sərhəd məntəqəsi yaxınlığında qurulacaq. Bu vilayətdə yerləşdiriləcək yeni HHM sisteminin Qaziantep, Hatay, Şanlıurfa və Mardin rayonlarının da müdafiəsinə kömək edə biləcəyi nəzərdə tutulur.
Suriya İlə Türkiyə arasındakı sərhədin ümumi uzunluğu 900 kilometrə yaxındır.
Bundan əvvəl Türkiyənin cənub-şərqindəki Kilis şəhəri dəfələrlə Suriyanın İŞİD-in nəzarəti altında olan sərhəd bölgələrindən raket atəşlərinə məruz qalırdı.

Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA