» » Dələduzluqda təqsirləndirilən jurnalistə 5 il həbs cəzası verildi

Dələduzluqda təqsirləndirilən jurnalistə 5 il həbs cəzası verildi

 Dələduzluqda təqsirləndirilən jurnalistə 5 il həbs cəzası verildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Abuzər Cəfərov məhkəmədəki ifadəsində heç kimə qarşı dələduzluq etmədiyini bildirib.
Qeyd edək ki, jurnalist Abuzər Cəfərov ötən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.
A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.
O bundan qabaq da məhbusluq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA