» » Azərbaycanda 6 polis rəisi dəyişdirildi

Azərbaycanda 6 polis rəisi dəyişdirildi

Azərbaycanda 6 polis rəisi dəyişdirildiDaxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qəbələ rayon polis şöbəsinin rəis müavini Etibar Babayev tutduğu vəzifədən azad edilərək Qobustan Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Qobustan rayon Polis Şöbəsinin rəisi olmuş Eminağa Zeynalov təxminən bir ay əvvəl işdən çıxarılıb.
Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib. R.Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb. (APA)

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA