» » Maliyyə Palatasından dollar satışını dayandıran banklara XƏBƏRDARLIQ

Maliyyə Palatasından dollar satışını dayandıran banklara XƏBƏRDARLIQ

  • Loading...
    Maliyyə Palatasından dollar satışını dayandıran banklara XƏBƏRDARLIQMaliyyə Bazarlarına Nəzarəti Palatası dollar satışını süni surətdə dayandıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.
    Hurriyyet.org bildirir ki, Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib.
    Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib. Bu gün banklarda dollar satışı bərpa olunub.
    Bank mütəxəssisləri hesab edirlər ki, dollar satışının dayandırılması Mərkəzi Bankın qərarının açıqlanmaması ilə bağlıdır.
    “Britaniyada funtun dəyərdən düşməsi dolların möhkəmlənməsinə səbəb olub. Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama verməyib. Ona görə də banklar ehtiyatlı davranmağa məcbur olurlar”.
    Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki, ötən həftə Britaniya funt sterliqi 10% ucuzlaşıb.
    Qarşıdakı günlərdə isə daha 5% ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün 1 dollar 1,59 manata dəyişdirilir.
    Mütəxəssislər həftə ərzində Mərkəzi Bankın məzənnəni bir qədər də artıracağını pronozlaşdırırlar.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA