» » “Bank Standard”a yeni direktor təyin edildi

“Bank Standard”a yeni direktor təyin edildi – Palatadan açıqlama

  • “Bank Standard”a yeni direktor təyin edildiHurriyyet.org xəbər verir ki, bu gün “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.
    Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
    Məlumat verildiyi kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.
    Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul edilib. Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.
    Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilib.
    X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb. O, “Bank of Baku” və “Unibank”da rəhbər vəzifələrdə işləyib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA