» » ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayırBu barədə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland açıqlama verib.

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.
Barak Obama Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
Bu gün verdiyi açıqlamada Nuland yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqlərini istisna etməyib. Onun sözlərinə görə, Vaşinqton heç vaxt Krımın işğalını və onun Rusiya tərkibinə daxil olmasını tanımayacaq, sanksiyalar qalacaq.
Nuland qeyd edib ki, ABŞ Krımda insan hüquqlarından narahatdır, xüsusilə azlıqlara qarşı. Bundan başqa, həmçinin yarımadanın hərbiləşdirilməsi narahatlıq doğurur.
"Krımın birləşdirilməsinə görə, Moskvaya qarşı daha hansı sanksiyalar tətbiq etmək olar" sualına Nuland bu barədə daha nələrin etmək mümkün olduğunu öyrənməyə söz verib.
Martın 3-də ABŞ prezidenti Barak Obama Ukraynanın şərqindəki böhranla əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
ABŞ lideri 13660 nömrəli fərmanla keçən il Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib. "Mən bir il fövqəladə vəziyyəti uzadıram, bu barədə 13660 nömrəli fərman elan edilib", - deyə sənəddə deyilir.
Keçən ilin sonunda ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib. Siyahıya 34 fiziki və hüquqi şəxs düşüb. Bu sanksiyalar aralarında rəsmilərin də olduğu bir çox Rusiya vətəndaşlarına və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövründə hökumətdə vəzifə tutan bəzi şəxslərə şamil edilib.
Bununla yanaşı, məhdudiyyətlər Rusiyanın bəzi iri biznesmenlərini, separatçı Donetsk və Luqansk “xalq respublikalarının” rəhbərliyini və bir neçə kompaniyanı da əhatə edir.
İki il ərzində Qərbin tətbiq etdiyi sanksiyalardan Rusiyanın zərəri 250 milyard dollar civarında olub. Bu barədə bu gün verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladimir Sergey Qlazyev bildirib.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA