» » Neft Fondunun vəsaiti sürətlə “əriyir” – 2 AYDA 2,1 MİLYARD DOLLAR

Neft Fondunun vəsaiti sürətlə “əriyir” – 2 AYDA 2,1 MİLYARD DOLLAR

  • Neft Fondunun vəsaiti sürətlə “əriyir” – 2 AYDA 2,1 MİLYARD DOLLARİlin əvvəlindən Dövlət Neft Fondu daxili bazarda Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə banklara 1 milyard 145 milyon 600 min dollar satıb. Hurriyyet.az “Marja”ya istinadən xəbər verir ki, Neft Fondu Yanvarda 600 milyon dollar, Fevralda 177,5 milyon dollar, Martda isə 368,1 milyon dollar satıb.
    Həmçinin Mərkəzi Bank hərraclar vasitəsilə valyuta ehtiyatlarından 990,4 milyon dollar satıb. Ötən ilin sonunda 5 milyard 16,7 milyon dollar olmuş valyuta ehtiyatları Fevralın sonunda 4 milyard 26.3 milyon dollara düşüb.
    Bu ilin ötən dövründə hərraclar vasitəsilə banklara cəmi 2 milyard 136 milyon dollar satılb.
    Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (4,9 milyard dollar) yaxındır. Bu halda Fond hər ay hərraca orta hesabla 400 milyon dollar çıxarda bilər. Nəzərə alınmalıdır ki, artıq Neft Fondu ötən 2,5 ayda həracda təxminən 1,1 milyard dollar valyuta satıb.
    Mərkəzi Bankın 4 milyard valyuta ehtiyatları daxil, Neft Fondu və Mərkəzi Bank birlikdə bu il hərraca 8,9 milyard dollara yaxın vəsait çıxardıla bilər. Bu da hər ay hərraca orta hesabla 740 milyon doların çıxardılması deməkdir. Dollara aylıq təlabatın isə 1 milyard dollardan çox olacağı proqnozlaşdırılır.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA