» » FİFA qalmaqalı: eks-prezident rüşvət aldığını etiraf etdi

FİFA qalmaqalı: eks-prezident rüşvət aldığını etiraf etdi

  • FİFA qalmaqalı: eks-prezident rüşvət aldığını etiraf etdiFİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.
    “Associated Press”-in verdiyi məlumata görə, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.

    Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA