» » Əli Kərimli genişmiqyaslı əfv sərəncamı verməyə çağırdı

Əli Kərimli genişmiqyaslı əfv sərəncamı verməyə çağırdı

  • Loading...
    Əli Kərimli genişmiqyaslı əfv sərəncamı verməyə çağırdı
    AXCP sədri Əli Kərimli Novruz bayramı münasibətilə siyasi məhbuslar problemini həll edəcək genişmiqyaslı əfv sərəncamı verməyə çağırıb. Əli Kərimli bu barədə feysbuk səhifəsində yazıb:
    "Etiraf etmək lazımdır ki, axır çərşənbədə ciddi bayram ovqatı hiss olunmadı. Səbəbi məlum. Kasıblıq və hüquqsuzluq. Yalnız yanvar ayından bəri 57 nəfər intihar edib. Onların 20 nəfəri bank borcuna görə intihar edənlərdir. Novruz bayramına bu ovqatla getməməliyik. Amma o da aydındır ki, işbacarmaz hökumət illərlə yatıb, 2-3 günün içində ölkədə sosial-iqtisadi vəziyyəti dəyişəcək addımlar atası deyil. İndi təcili atılası addım genişmiqyaslı əfv sərəncamı verib, Novruz bayramına qədər siyasi məhbus problemini həll etməkdir. Bəli, əfv sərəncamı qarınları doyurmayacaq, amma insanlarda sabaha ümid yaradacaq. Millət genişmiqyaslı əfv sərəncamı gözləyir. Hökumət bu fürsəti də qaçırsa, təkcə xalqa deyil, özünə də pislik etmiş olacaq".

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA