» » FİFA ABŞ-dan on milyonlarla dollar tələb edir

FİFA ABŞ-dan on milyonlarla dollar tələb edir

  • FİFA ABŞ-dan on milyonlarla dollar tələb edirFİFA korrupsiya qalmaqalında adı keçən sabiq məmurların oğurladığı on milyonlarla dollar pulu qaytarmaq üçün ABŞ prokurorluğuna müraciət edib.
    Avropa.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti rəsmi məlumat yayıb.
    Keçən ilin mayın sonu korrupsiyada ittiham olunan FİFA məmurlarının Sürixdə qalmaqallı həbsi ilə yadda qalmışdı.
    Təşkilatın idarə komitəsinin sabiq üzvləri Çak Bleyzer, Cek Uorner, Cefri Uebb onların arasında idi. Ümumilikdə ittihamlar 41 nəfərə qarşı irəli sürülüb.
    “Oğurladığı pullar dünya futbolu, bu oyunun təbliği və inkişafı üçün nəzərdə tutulmuşdu. FİFA baş orqan kimi bu pulları qaytarmaq qərarlığındadır, vacib deyil bu nə qədər vaxt aparacaq” – FİFA prezidenti Canni İnfantino belə deyib.
    Mətndə qeyd olunur ki, FİFA 28 milyon dollar oğurlanmış pulu qaytarmağa ümid edir. Bundan əlavə beynəlxalq futbol federasiyası məhkəmə çəkişmələrinə verdiyi pulları geri almağa çalışacaq.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA