» » Ankaradakı terror aktını bu təşkilat öz üzərinə götürdü

Ankaradakı terror aktını bu təşkilat öz üzərinə götürdü

Ankaradakı terror aktını bu təşkilat öz üzərinə götürdü Ankarada 37 nəfərin həlak olması və onlarla insanın yaralanması ilə nəticələnən terror aktının Kürdüstan Azadlıq Şahinləri təşkilatı öz üzərinə götürüb.
Avropa.info xəbər verir ki, bu haqda məlumat “Reuters” xəbər agentliyinin dərc etdiyi xəbərdə bildirilir.
Xəbərdə ötən həftənin bazar günü törədilən terror aktının PKK terror təşkilatının bir qolu olan Kürdüstan Azadlıq Şahinləri təşkilatının öz üzərinə götürdüyü bildirilir.
Qeyd edək ki, Kürdüstan Azadlıq Şahinləri təşkilatı, əsası 1993-ci ildə yaradılan, amma faktiki olaraq isə 2004-ci ildə qurulan bir terror təşkilatıdır.
Təşkilat Türkiyənin iri şəhərlərində, turistik bölgələrində vətəndaşlara, hərbi hədəflərə qarşı bombalı hücum, intihar hücumu, təxribatlar həyata keçirməklə məşğuldur.
PKK-nın hərbi qanadı olan Xalq Müdafiə Güclərinin (HPG) qənaətbəxş olmadığını müdafiə edən və passiv olduğunu söyləyərək tənqid edən təşkilat PKK-nı daha aktiv bir fəaliyyətə keçməyə çağırır.
Теги: Ankara, terror, PKK
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA