» » Sabiq müdafiə nazirinin müavini bəraət istəyir

Sabiq müdafiə nazirinin müavini bəraət istəyir

Sabiq müdafiə nazirinin müavini bəraət istəyirBakı Apellyasiya Məhkəməsində 1995-1999-cu illərdə sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hurriyyet.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə Mehman Səlimovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.
1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Loading...

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




Loading...
«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA