Главная > Xəbər lenti / Şou-Biznes > Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?

Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?


9-01-2017, 14:56. Разместил: yazar1
Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?
“O səs Türkiyə” mahnı müsabiqəsində azərbaycanlı iştirakçıların yarışmadan çıxması böyük müzakirələrə səbəb olub.

İştirakçılar Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər.


Hətta müsabiqədə milli mahnılarımızın müəllif hüquqlarının pozulması, anonim kimi təqdim edilməsinə etiraz olaraq mediada yayımlanan məlumatların həmyerlilərimizin taleyinə təsir etdiyini də iddia edənlər az deyil.

Anonim qalmaqalına görə, azərbaycanlıların yarışmadan getdiyini iddia edənlər sırasında əməkdar artist Aybəniz Haşımova və bəstəkar-aparıcı Murad Arif də var.

Mövzu ilə bağlı müsabiqədən uzaqlaşdırıldığı iddia edilən iştirakçılar mətbuata danışıb.

Bu haqda açıqlama verən Hakan və Gökhan Özoğuzun qrupunun üzvü Zülfi Əsədov düşünür ki, azərbaycanlılara qarşı tələ qurulub:
Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?

“Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladı, dörd azərbaycanlını evə göndərdi. Onda başa düşdük ki, bizə qarşı qurulan tələdir. Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq “Acun media” otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər “The voice”lərdə belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir”.

İlham Nəzərov isə onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib:
Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?

“Heç bir problemlə üzləşməmişik. Azərbaycanlı iştirakçı Elnur Hüseynov qalib olmuşdu. Bu səbəbdən ondan sonra yarışmaya qatılan iştirakçıları yavaş-yavaş ələməyə başladılar. Biz duel turunda iştirak etdik. Duellər turu tamaşaçısız həyata keçirilir. Acun Ilıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi. Təkcə yarışmada azərbaycanlılar yox, Türkiyə vətəndaşları da çıxdı”.

Digər iştirakçı Nofəl Aslanov isə mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.
Azərbaycanlı ifaçılar “O səs Türkiyə”dən niyə uzaqlaşdırıldı?

“Qafqazinfo” eyni zamanda “O səs Türkiyə” yarışmasının meneceri ilə əlaqə saxlayıb. O, məsələdən məlumatsız olduğunu söyləyib və problemin araşdırılacağını qeyd edib.
Вернуться назад