Главная > Xəbər lenti / Siyasət > Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"


11-01-2017, 11:22. Разместил: yazar1
Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə sabit olub. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik".
Hurriyyet.org
bildirir ki, bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.
Xanım diplomat belə münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb: "Münaqişənin siyasi yolla həll ediləcəyinə ümidvarıq. Avropa İttifaqının xüsusi nümayəndəsi bu məsələ üzərində işləyir. Onun və ATƏT-in Minsk qrupunun səylərini mümkün qədər çox dəstəkləmək istəyirik. Hesab edirik ki, təmas xəttində vəziyyətin gərginləşməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq".
Вернуться назад