Главная > Xəbər lenti / Dünya > Özbəkistanda ixrac qadağası qaldırıldı

Özbəkistanda ixrac qadağası qaldırıldı


11-01-2017, 13:03. Разместил: yazar2
Özbəkistanda ixrac qadağası qaldırıldı

Hurriyyet.org xəbər verir ki, Özbəkistanın yeni prezidenti Şavkat Mirzoyev taxil, un məmulatları, şəkər, birki yağı, ət və süd məhsullarının, dəri, kürk və yun xam maddələri, rəngli metal, ipək məhsulları, plastik qablaşdırma tullantıları və s.-nin xaricə ixrac edilməsi üzərindəki qadağanı ləğv edən qərar imzalayıb.

Bu məhsulların xaricə satışı üçün müvafiq sənədlərin dövlət gömrük idarələrinə təqdim edilməsi lazımdır. Qərarın ölkədəki sahibkarlığı dəstəkləmək üçün verildiyi bildirilir.

Özbəksitan hökuməti bundan əvvəl, strateji cəhətdən mühüm olan və ancaq daxili istehlaka kifayət edəcək məhsulların xaricə çıxarılmasını qadağan eləmişdi.

Hurriyyet.org
Вернуться назад