Главная > Xəbər lenti / Ölkə / Gündəm1 > Şahid: “Maaşdan əlavə paket alırdıq”

Şahid: “Maaşdan əlavə paket alırdıq”


11-01-2017, 14:11. Разместил: yazar2
Şahid: “Maaşdan əlavə paket alırdıq”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib.

Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib.

Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib.

Proses yanvarın 13-də davam etdiriləcək.

Hurriyyet.org
Вернуться назад