Главная > Xəbər lenti / Aktual > “ABB bu il sağlamlaşdırılacaq” – YENİ SƏDR

“ABB bu il sağlamlaşdırılacaq” – YENİ SƏDR


11-01-2017, 16:47. Разместил: yazar1
“ABB bu il sağlamlaşdırılacaq” – YENİ SƏDR
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir.
Hurriyyet.org
xəbər verir ki, bunu “APA-Economics“ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. “Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, – deyə X. Əhədov qeyd edib.
Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.
X. Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.
Вернуться назад