Главная > Xəbər lenti / Şou-Biznes > Xatirəyə sosial şəbəkədə şəbədə qoşdular

Xatirəyə sosial şəbəkədə şəbədə qoşdular


11-01-2017, 17:59. Разместил: yazar1
Xatirəyə sosial şəbəkədə şəbədə qoşdular
“Ayıb olsun, bu videonu niyə reklam edirsən!”

Müğənni Xatirə sosial şəbəkədə onu təqib edənləri qıcıqlandırıb. Bu gün onun iki paylaşımı kəskin tənqid olunub.
İlk öncə sənətçi oğlu ilə birgə yemək masasındakı şəklini paylaşıb. Şəkildə çeşidli yeməklər süfrəsi izləyicilərə pis təsir bağışlayıb:
“ Toxun acdan xəbəri yoxdur ?! Nəyə lazımdır bu?”
“ Nəzərə almırlar ki, millət nə gündədir, yeyib- icdiklərini reklam etməsələr olmaz !”
“Səhər dururlar selfi, günorta selfi, axşam selfi, yatdılar selfi! Ancaq reklamdır da...”
Sənətçinin ikinci paylaşımı - qeyri-etik video isə daha sərt qarşılanıb: “Çox, həm də çox ayıb olsun! Sizin kimi bir qadına hec yarasdırmadım bunu...”
“Ayıbdır, sizi agır biri bilirdim. Bu videonu niyə reklam edirsən?”.
“Çох vacıbdır bunu paylaşmaq? Qadına belə hərəkətlər yaraşmaz!...”

Nilufər, Hurriyyet.orgскачать dle 11.3
Вернуться назад