Главная > Xəbər lenti / Ölkə > Mütəşəkkil dəstəyə hökm oxundu – 15 İL

Mütəşəkkil dəstəyə hökm oxundu – 15 İL


11-01-2017, 18:06. Разместил: yazar1
Mütəşəkkil dəstəyə hökm oxundu – 15 İL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hurriyyet.org
Trend-ə istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin kökmü ilə C.Babayeva 8 il, zamində olan təqsirləndirilən şəxs F.Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. F.Məmmədbəyli məhkəmə zalından həbs edilib.
İttihama görə, təqsirləndirilən C.Babayeva tanışı F. Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunub.
Вернуться назад