Главная > Xəbər lenti / Gündəm1 / Aktual > Bankirlər Mərkəzi Banka toplandı - 4%-lik MARJA LƏĞV OLUNUR

Bankirlər Mərkəzi Banka toplandı - 4%-lik MARJA LƏĞV OLUNUR


11-01-2017, 18:24. Разместил: yazar1
Bankirlər Mərkəzi Banka toplandı - 4%-lik MARJA LƏĞV OLUNUR
Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

Görüşdə AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".

Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək.

O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil./apa/
Вернуться назад