1000 mağaza, 200 milyon manat... - “Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU

  • 2019-03-26 11:40:39
  • |
  • Aktual /

1000 mağaza, 200 milyon manat... - “Diqlas”dakı yanğının DƏHŞƏTLİ SONU

Bu gün Bakıda yanan "Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”.

Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.

Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən 200 milyon manata yaxındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA