100 yaşlı GƏNCƏLİ VETERAN

100 yaşlı GƏNCƏLİ VETERAN

Döyüşçü əzmli və müdrik insan - Qüdrət Cəfərovun yanvar ayında ömrünün 100-cü ilinə adlayıb.

Q. Cəfərov həmişə, xüsusən də qələbə ruhlu may günlərində öz yaxınları, övlad, nəvə və nəticələri, eləcə də qonaq gələnlərlə xatirələrini bölüşməyi sevir.

Gəncədəki Tibb texnukumunu bitirən gənc Qüdrət ordu sıralarına yenicə yollanmışdı ki, Vətən Müharibəsi başlayır və o, sanitar hərbi hissələrin tərkibində böyük bir döyüş yolu keçməli olur. Bir neçə il Leninqrad cəbhəsində vuruşan gənc zabit Cəfərov ölüm blokadasının yarılmasından sonra Hitler Almaniyasının darmadağın edilməsi üçün döyüş əməliyyatlarında iştirak edir, neçə-neçə orden və medallarla təltif olunur.

Beləcə, Birinci Ukrayna cəbhəsinin döyüşçüsü, sanitar vzvodunun komandiri kapitan Qüdrət Cəfərov öz döyüş salnaməsini Berlindən də o yana, Avropanın okean sahilləri yaxınlığında bitirərək, doğma yurduna dönür. Burada öz ixtisası üzrə çalışaraq, vicdanlı və yüksək bilikli mütəxəssis kimi hörmət qazanır.

Müharibə və əmək veteranı yüz yaşının astanasında da sərrast davranış və mülahizələri ilə seçilir. Onu həmişə səliqəli döyüşçü libasında görə bilərsiniz. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA