10 illik həbsdən yeni çıxan məşhur mafioz İspaniyaya təhvil verilir - TÜRKİYƏ QİSMƏT OLMADI...

10 illik həbsdən yeni çıxan məşhur mafioz İspaniyaya təhvil verilir - TÜRKİYƏ QİSMƏT OLMADI...

Ötən həftə Rusiyanın Orenburq vilayətindəki məşhur “Qara delfin” həbsxanasından 10 illik həbs müddətini başa vuran “Taro” ləqəbli məşhur mafioz Tariel Oniani İspaniyaya ekstradisiya ediləcək.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Orenburq məhkəmsinin qərarı və ekstradisiya haqqında Avropa Konvensiyasının əsasında Oniani həbsxanadan çıxdıqdan sonra barəsində İspaniya Krallığına ekstradisiya prosedurunun başladılması üçün təcridxanaya yerləşdirilib. İspaniya hüquq-mühafizə orqanları onu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və çirkli pulların “yuyulmasında” ittiham edir.

Xatırladaq ki, “Taro”nun həsb müddətinin başa çatması geniş rezonansa səbəb olmuşdu və mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətini izləyən ekspertlər onun düşmənlərindən qisas alacağını, nəticədə qanqsterlər arasında yeni müharibənin başlayacağını təxmin edirdilər. Oniani həbsxanadan çıxandan sonra Türkiyədə yaşamaq arzusunu ifadə etmişdi, KİV-lər isə onun Gürcüstana deportasiya olunacağını gözləyirdi.

Oniani 90-cı illərdən İspaniyada yaşayıb və “Şakro Molodoy” ləqəbli digər mafiozla (Zaxari Kalaşov) birlikdə şübhəli bizneslə məşğul olub. Onlar Avropada rus mafiyasına başçılıq ediblər. 2005-ci ildə İspaniya polisi və xüsusi xidmət orqanları 400 xüsusi təyinatlının, zirehli transportyorların və vertolyotların köməyi ilə rus mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirib. “Şakro Molodoy” da daxil olmaqla bir çoxları tutulub, Oniani gizlənə bilib və Rusiyaya qayıdıb. 2006-cı ildə Rusiya vətəndaşlığı alıb. 2009-cu ildə adam oğurluğu və reketə görə həbs edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA