10 yaşlı qızın ayaqlarını birələr yedi

  • 2019-04-03 14:30:54
  • |
  • Dünya /

10 yaşlı qızın ayaqlarını birələr yedi

Braziliyada yaşayan 10 yaşlı qızın ayağını birələr yeyib.

Hurriyyet.org medicina.az-a istinadən xəbər verir ki, donuz tövləsinə ayaqyalın girən qızın dərisinə Tungiasis adlı bakterial infeksiya düşüb. İnfeksiya tez bir zamanda bütün ayaqlarına yayılıb.

Həkimlər bildirib ki, bu bakteriyalar həmdə qum birələri kimi tanınır. Onlar qan əmdikcə sürətlə çoxalırlar.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qum birələri əsasən insanın ayaq barmaqlarında, daban və topuqlarında yuva salaraq çoxalırlar. Bu infeksiya daha çox yoxsul ölkələrdə yayılıb.

Bu birələrin çoxalması bütün bədəndə qaşınma, iltihablanma, ağrı və son nəticə olaraq çətin sağalan qorxunc yaraların yaranmasına səbəb olur.

Əgər parazit müalicə olunmazsa 3 həftə ərzində bədəndə 100-dən çox yumurta qoyur və ölür.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA