“112 Ukrayna” telekanalının binası atəşə tutuldu

  • 2019-07-13 13:32:36
  • |
  • Dünya /

“112 Ukrayna” telekanalının binası atəşə tutuldu

Kiyevdə naməlum şəxslər “112 Ukrayna” telekanalının binasını qumbaraatanlardan atəşə tutublar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Agentliyin xəbərində qeyd olunur ki, gecə saatlarında polis idarəsinə Kiyevin Şevçenko rayonunda partlayış səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn qanun keşikçiləri “112 Ukrayna” telekanalının binasında fasadın zərər gördüyünü müəyyən ediblər. İnsident yerində dərhal təhqiqat başlanılıb, bir qumbaraatan tubusu aşkar edilib.

Ukrayna Milli Polis İdarəsinin məlumatına görə, bu hadisə terror aktı kimi qiymətləndirilib. Hazırda atəş açan şəxsin və ya şəxslərin yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. Toplanılmış dəlillər təhqiqatın davam etdirilməsi üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təqdim olunub./Azərtac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA